Xəzər dənizinin Qazaxıstana aid hissəsində 218 ölü suiti tapılıb. Bu barədə məlumatı «RİA Novosti» Əyalət Balıq Təftiş İdarəsinin rəisi Marat Əhmədova istinadən yayıb. Onun sözlərinə görə, ölmüş heyvanları Bautino rayonunda sərhədçilər tapıblar. Suitilərin bir neçə gün öncə öldüyü güman edilir. Həlləlik heyvanların dəqiq ölüm səbəbi bilinmir. Hevanlardan götürülən nümunələr tibbi ekspertizaya göndərilib. Heyvanların cəsədləri isə yandırılıb.
Qeyd edək ki, Xəzər dənizində əvəllər də anoloji hadisələr baş verib. Belə ki, 2008-ci ilin aprel ayında 30, 2007-ci ilin yazında isə Qazaxıstan sahillərində 928 suiti cəsədi aşkarlanmışdı. O zaman heyvanların taundan öldüyü bəlli olmuşdu. Ən çox suiti ölümü isə 2000-ci ildə qeydə alınıb. Həmin vaxt 10 min 500 suiti xroniki toksikoz adlı xəstəlikdən ölmüşdü. /ANS PRESS/