Xəstə erməni ailələri
30 Oktyabr 2012 Çərşənbə Axşamı 08:19
Ermənistanda hər bir ailədə xroniki xəstəlikdən əziyyət çəkən insan var.
Ermənistanda demək olar ki, hər bir ailədə hansısa xroniki xəstəlikdən əziyyət çəkən insan var. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb erməni ailələrinin çoxunun 20 ildən artıqdır ki, nəmişlik və soyuq olan müvəqqəti evlərdə yaşamalarıdır.

Belə bir qənaətə Ermənistanın “Şirak” araşdırmalar mərkəzi gəlib. Təşkilatın araşdırmalarına əsasən, Ermənistanda ailələrin çoxu kasıbçılıq içində yaşayır. Özlərinin evləri olmadığı üçün onlar vaqonlarda qalmalı olur. Buradakı vəziyyəti isə çox acınacaqlıdır.

“Şirak”ın əməkdaşları belə bir ailələrdən birinə əslən erməni olan Amerika vətəndaşı, xeyriyyəçinin yardımını çatdırıblar. Belə ailələrin hamısı onun-bunun ənamları ilə yaşayır. Ermənistanda isə belə ailələrin sayı olduqca çoxdur. Adıçəkilən qeyri-hökumət təşkilatının araşdırması bir daha sübut edir ki, Ermənistanda acı səfalət və dözülməz vəziyyət davam etməkdədir.










DOSTLARINLA PAYLAŞ:

oyunlar