Xəsis ingilis 2 avroya qənaət edərək 30 000 avro itirdi
19 İyul 2011 Çərşənbə Axşamı 06:42
Dayanacaq puluna qənaət edən ingilisin maşını dənizə düşüb.
İngiltərədə 2 avro avtodayanacaq pulu ödəməmək üçün avtomobilini daniz sahilində saxlayan ingilisin 30 000 avroluq maşını dənizə düşüb. Məlumata görə, sürücü dayanacağa pul ödəməmək üçün avtomobilini dəniz sahilində saxlayıb və daha sonra qatarla şəhəri tərk edib. Bu vaxt dənizdə meydana gələn qabarma çəkilmə (mədd və cəzr) hadisəsi nəticəsində avtomobil dənizin içinə doğru sürüklənib. Vəziyyəəti görən polis 30 000 avro qiyməti olan idman avtomobilinin sürücüsünü axtarsa da ancaq onun qohumlarını taparaq hadisə barədə məlumat verib. Hadisə yerində fəaliyyəət göstərən balıqçılar isə avtomobilin səhv yerdə saxlanıldığını, yaxınlıqda avtodayanacaq olduğunu bildiriblər. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar