Xəsarət alan erməni Meri Koçaryan öldü
14 Avqust 2014 Cümə Axşamı 12:40
Meri Koçaryan Moskva metrosundakı qəzada xəsarət almışdı.
Moskvada metro qəzası zamanı ağır yaralanan və xəstəxananın reanimasiya şöbəsində müalicə alan 20 yaşlı erməni ölüb.

ANS PRESS-in “News.am” saytına istinadən verdiyi məlumata görə, reanimasiyada müalicə olunan 20 yaşlı Meri Koçaryanın vəziyyəti ağırlaşıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 15 iyun saat 08:35 radələrində Moskva metrosunda dəhşətl iqəza baş vermişdi. Həmin qəzada 23 nəfər ölmüşdü, 217 nəfər yaralanmışdı. Yaralılardan 150-sinin vəziyyəti daha ağır olduğu üçün xəstəxanaya yerləşdirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar