Xərçəng xəstəsi rekordu qırdı
27 Aprel 2014 Bazar 04:57
Stiven həmin pulu Uşaq Xərçəng Dərnəyinə bağışlayacaq.
İngiltərədə xərçəng xəstəsi olan bir gənc onunla eyni taleyi yaşayan insanlara kömək etməyə qərar verib.

ANS PRESS-in xəbərinə görə, İngiltərədə xərçəng xəstəliyinin son mərhələsini yaşayan 19 yaşlı gənc Stiven Satton 3 milyon avrodan çox xeyriyyə pulu yığıb.

Xərçəng xəstəliyindən əziyyət çəkənlərə kömək etmək üçün internetdə kampaniya başladan Sattonun çağırışına qısa zamanda böyük dəstək verilib. Stiven isə həmin pulu Uşaq Xərçəng Dərnəyinə bağışlayacağını bildirib.

Qeyd edək ki, xərçəngin yaranmasının səbəbi hüceyrələrin bölünməsi zamanı DNT quruluşunun dəyişməsi və fərqli hüceyrələrin yaranmasıdır. Rentgen şüaları, radioaktiv maddələrdən yayılan radiasiya və ultra-bənövşəyi şüalanma, qamma şüaları kimi “ionlaşdırıcı” şüalar xərçəng xəstəliyininin əmələ gəlməsinə səbəb olur.



DOSTLARINLA PAYLAŞ:

oyunlar