Xarkovda istilaçılar təslim olub
15 Mart 2014 Şənbə 08:39
Ukraynada Xarkov şəhərində binanı ələ keçirənlə təslim olub.
ANS PRESS-in məlumatına görə, onlar silahlarını təhvil verməyə razı olublar. Şəhər prokuroru Yevgeniy Popoviç və mer Qennadiy Kernes bir dəfə də istilaçıların 2 lideri ilə şəhərdən keçiblər. Danışıqlar nəticəsində kompromis əldə ediblər.
Hazırda, hüquq-mühafizə orqanları binadan istilaçıları çıxarır və onlar silahlarını təhvil verir. Şəhər prokuroru onlar təhlükəsizliyinə təminatla çıxış edib. “Ukrayna vətənpərvərləri” təşkilatının lideri Andrey Beleskiy də danışıqlarda iştirak edib.
Saxlanılan bütün şəxsləri xüsusi avtobuslarda naməlum istqamətdə apardılar. Qeyd edək ki, rusiyayönümlü fəalar istilaçıların silahlarını təhvil verdiyi zaman onlara yaxınlaşmaq istəyib, lakin, polislər bunun qarşısını alıb.
Hələki, binada kiminsə qalıb-qalmadığı məlum deyil. Bundan əvvəl verilən məlumata görə, istilaçıların bir hissəsi hələ də binada qalıb. Binanın ətrafını xüsusi lentlə dövrəyə alıblar.
DOSTLARINLA PAYLAŞ: