Xarkovda 25 kütləviaksiya iştirakçısı həbs edildi
16 Mart 2014 Bazar 15:20
Məhkəmə martın 15-də Xarkovda kütləvi iğtişaşlar zamanı iki nəfərin ölümü ilə əlaqədar təqsirləndirilən 27 aksiya işirakçısından 25–ni həbs edib.
ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna DİN mətbuat xidmətindən məlumat veriblər.
Məlumatda bildirlib ki, Rımarskoy küçəsində baş vermiş dava zamanı iki nəfər həlak olub, beş nəfər, o cümlədən bir polis əməkdaşı yaralanıb.
"Xarkov şəhərinin rayon məhkəməsi 25 nəfərin inzibati həbsi barədə qərar çıxarıb. Onlar müvəqqəti saxlanma təcridxanasında qalacaqlar.Daha iki nəfər barəsində materialların müzakirəsi gedir".
DOSTLARINLA PAYLAŞ: