Xarici işlər nazirinin keçmiş müavini öz evində ölü tapılıb
03 Avqust 2012 Cümə 18:08
Qoqa Qomiaşvilinin özünə qəsd etdiyi ehtimal olunur.
Gürcüstan xarici işlər nazirinin keçmiş müavini Qoqa Qomiaşvili bu gün səhər Tiflisdəki evində ölü tapılıb. ANS PRESS-in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, ilkin ehtimallara əsasən Qomiaşvili özünə qəsd edib.
Hazırda hadisə yerində kriminalistlər və polislər işləyir.
2005-ci ildə Qomiaşvili ölkənin xarici işlər nazirinin müavini postunda çalışırdı. O zaman Gürcüstanın xarici siyasət idarəsinin rəhbəri Salome Zurabişvili idi. Nazirlikdən getdikdən sonra Qomiaşvili biznes strukturlarında işləyirdi.
DOSTLARINLA PAYLAŞ: