Xarici işlər naziri sətəlcəm olub
18 Sentyabr 2009 Cümə 16:55
Dora Bakoyanni xəstəxanaya yerləşdirilib
ATƏT-in fəaliyyətdə olan sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyanni xəstəxanaya yerləşdirilib. Yunanıstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Bakoyanni "Errikos Dinon" xəstəxanasında müalicə olunur və həkimlərin tövsiyəsi ilə önümüzdəki günlərdə xəstəxanada qalacaq.
Onun sətəlcəm olduğu güman edilir.
D.Bakoyanninin qarşıdakı günlərdəki bütün görüşləri ləğv edilib.
DOSTLARINLA PAYLAŞ: