Xarici İşlər naziri dönər kəsdi
04 Mart 2013 Bazar Ertəsi 08:20
Bursada səfərdə olan Əhməd Davudoğlu dönər kəsərək poz verib.
Bursa şəhərində səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu nahar üçün getdiyi kafedə dönər kabab kəsdi. Məlumata görə, hava limanında şəhər rəsmiləri tərəfindən qarşılanan Davudoğlu nahar üçün Bursanın məşhur İskəndər kababından yeməyə gedib. Həyat yoldaşı Sara Davudoğlu, şəhər valisi və bələdiyyə sədri ilə birlikdə yemək masasına oturan XİN rəhbəri Bursanın qonaqpərvərliyi ilə məşhur olduğunu deyib.

“Bursa qonaqpərvərliyi ilə məşhurdur. Əvvəla Bursanın İskəndər kababından yeməyə gəldik. 2 gün buradayam. Şəhərin mənəvi havasından feyz alacağıq”.

Nahardan sonra Davudoğlu dönər kəsərək jurnlistlərə də poz verdi. Nazir daha sonra Osmanlının ilk paytaxtı olan tarixi Bursa şəhərində gəzintiyə çıxıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar