Xaricdəki ermənilər Sarkisyana təzyiq edir?
31 Yanvar 2011 Bazar Ertəsi 22:10
Ermənistan parlamentində diaspora üzvləri üçün yerlərin ayrılacağı gözlənilir.
Ermənistan prezidenti ölkə parlamenti ilə bağlı yeni qanun layihəsini imzalayacaq. Həmin qanun layihəsinə əsasən, ölkə parlamenti ikipalatalı olacaq və quruma erməni diasporasının üzvləri cəlb ediləcək. Bu barədə Ermənistanın diaspora naziri Qranuş Akopyan ABŞ-ın Kaliforniya ştatında keçirdiyi iclasda məlumat verib. Onun sözlərinə görə, Serj Sarkisyan ölkə konstitusiyasına əsaslanaraq parlamenti ikipalatalı edəcək və bununla o, diaspora nümayəndələrini Yuxarı Palatanın tərkibinə daxil edəcək.

“Ermənistan prezidenti bəzi məsələləri müzakirə edərək dövlət idarəetmə sistemində bir sıra dəyişikliklər etmək qərarına gəlib. O, bununla Ermənistan diaspora üzvlərinin dövlətin idarəçiliyində iştirak etmələrini təmin etmək istəyir”,- deyə nazir bildirib.

Akopyan Serj Sarksiyanın bu qərarının təsadüfi olmadığını hesab edir: “Yuxarı Palata- Senat olacaq ki, buraya diaspora üzvləri cəlb ediləcək”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar