Xankəndi aeroportu 15 günə uşuşlara başlayacaq
19 Sentyabr 2013 Cümə Axşamı 12:53
Qondarma Respublika rəsmisi Dmitri Atbaşyan hazırda texniki problemlərin həll edildiyini bildirib.
15 gündən sonra Xankəndi aeroportu uçuşa hazır olacaq. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, artıq təyyarələr Xankəndi hava limanından uçmağa texniki cəhətdən hazırdırlar. Qəzetə Qondarma Respublika rəsmisi Dmitri Atbaşyan bildirib. Onun sözlərinə görə, Xankəndi hava limanında təyyarələri qəbul etməyə hazırdır.
Atbaşyanın sözlərinə görə, hazırda aeroportda texniki təhlükəsizlik məsələləri həll olunur. Jurnalistin uçuşların 15 günə başlaya bilərmi sulaına gəlincə isə, Atbaşyan cavab verməkdən yayınıb və o, yalnız texniki problemlərlə məşğul olduğunu bildirib.
DOSTLARINLA PAYLAŞ: