Xameneyi 1249 neferi efv etdi
22 İyun 2013 Şənbə 21:56
İranın ali dini lideri Məhkəmə Sisteminin rəhbərinin məktubuna müsbət cavab verib.
İranın ali dini lideri ayətullah Əli Xameneyi şaban ayının 15-i (iyunun 24-də) şiələrin 12-ci imamı həzrət Mehdinin (ə) doğum günü münasibətilə həbsdə olan 1249 nəfər məhbusun əfv olunması barədə fərman imzalayıb. Bu barədə TASNİMNEWS agentliyi xəbər verir.
İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli şaban ayının 15-i şələrin 12-ci imamı həzrət Mehdi (ə) doğum günü münasibətilə ali dini liderə məktubla müraciət edib. Məktubda 1249 məhbusun əfv edilməsi xahiş olunurdu.
DOSTLARINLA PAYLAŞ: