Xalid bin Vəlidin məqbərəsi yerlə bir edildi
15 İyul 2013 Bazar Ertəsi 13:19
Suriyada tarixi abidələrlə yanaşı məscid və məşhur səhabələrin məzarları da məhv edilir.
Suriyanın Humus şəhərində Hz. Muhammədin (ƏS) yaxın silahdaşı və böyük İslam komandirlərindən Xalid bin Vəlidin adına olan məscid və məqbərə Bəşər Əsədə bağlı qüvvələr tərəfindən bombardıman edilərək uçurulub. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir vaxtlar minlərlə müsəlmanın ziyarət edərək ibadətini yerinə yetirdiyi məbəd hazırda istifadəyə yararsız hala gətirilib, məzarın ətrafı tamamilə dağılıb.
Xatırladaq ki, nüfuzlu İslam komandiri, peyğəmbər Hz. Muhammədin (ƏS) yaxın səhabələrindən biri olan Xalid bin Vəlid hicri 8-ci ildə müsəlmançılığı qəbul edib. Məkkə şəhəri müsəlmanlar tərəfindən fəth edilərkən Xalid bin Vəlid İslam ordusunda sağ cinahın komandiri olub.
Qeyd edək ki, Suriyada iki ildən çox davam edən qarşıdurmalarda, tarixi abidələrlə yanaşı məscid və məşhur səhabələrin məzarları da məhv edilir.
DOSTLARINLA PAYLAŞ: