Xaç suyuna salınan uşaq boğulub
28 İyul 2010 Çərşənbə 19:30
Keşiş körpənin ağzını tutmağı unudub.
Rumıniyada körpə uşağın xaç suyuna salınması faciə ilə nəticələnib. Belə ki, Valentin adlı keşiş uşağın başını bir neçə dəfə suya salıb, lakin bu zaman uşağın ağzını su dolmaması üçün tutmağı unudub. Din xadiminin məsuliyyətsiz davranışı sonda körpənin ölümünə səbəb olub.

Uşağın valideynləri xaç suyuna salınma mərasimini video lentə köçürüblər ki, kadrlarda da uşağın ağzının tutulmadığı açıq-aydın görünür. Xaç suyuna salınandan sonra körpə boğulmağa başlayıb, 20 dəqiqə sonra isə onun ağzından və burnundan qan gəlməyə başlayıb. Körpə xəstəxanaya aparılarkən yolda keçinib.

Meyit yarıldıqdan sonra körpənin boğulma nəticəsində ölməsi təsdiqlənib. Yerli polis isə faktla bağlıaraşdırmaya başlayıb. Keşişin günahı sübuta yetirilərsə onu üç ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar