WikiLeaks yaradıcısınınAvstraliyanın baş nazirinə müraciəti
05 Fevral 2011 Şənbə 15:50
Culian Assanc vətənə qayıtmaq istəyir
Qalmaqallı “WikiLeaks” saytının yaradıcısı Culian Assanc Avstraliyanın baş naziri Culi Qillarda müraciət edərək ondan vətəninə qayıtmağa kömək etməsini xahiş edib. ANS PRESS-in “Ria Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Assanc Londonda baş tutacaq məhkəməsinə iki gün qalmış ”Yaşıl qitə” hakimiyyətinə müraciət etmək qərarına gəlib.
“Culi Qillard məni evə qaytarmaq üçün aktiv şəkildə fəaliyyət göstərməlidir. O, ABŞ səfirliyi ilə əlaqə yaradaraq onları bu işə qarışmağa son qoymağa çağırmalıdır”, - deyə Culian Assancın müraciətində deyilir.
Culian Assanc ona və köməkçilərinin ünvanına səsləndirilən hədələrlə bağlı Avstraliya hökumətinin heç bir reaksiya göstərməyərək susmağa üstünlük verdiyini də bildirib.
Xatırladaq ki, “WikiLeaks” saytı ətrafında səs-küy ötən ilin sonlarında saytda ABŞ diplomatik xidmət orqanlarının məxfi sənədlərinin dərc olunmasından sonra yaranmışdı. Hazırda isə Culian Assanc Böyük Britaniyadadır. Onun zorlama maddəsi ilə ittiham edildiyi İsveçə təhvil verilməsi gündəmdədir.
DOSTLARINLA PAYLAŞ: