WikiLeaksin yaradıcısı ABŞ-a ekstradisiyadan qorxur
17 Dekabr 2010 Cümə 00:40
“Hələ təsdiqlənməmiş şayiələrə görə, Birləşmiş Ştatlarda mənə qarşı ittihamlar irəli sürülüb”
Qalmaqallı “WikiLeaks” saytının yaradıcısı Culian Assanc bəyan edib ki, İsveçə yox, ABŞ-a ekstradisiyadan narahatdır. “Mən İsveçə ekstradisiyadan o qədər də qorxmuram. ABŞ-a ekstradisiya olunmaq daha çox narahatlıq yaradır. Mənim ABŞ-dakı vəkillərimdən bu gün məlumat almışıq ki, hələ təsdiqlənməmiş şayiələrə görə, Birləşmiş Ştatlarda mənə qarşı ittihamlar irəli sürülüb”-deyə Culian Assanc London məhkməsinin çıxışında jurnalistlərə bildirib.
Xatırladaq ki, Londonun Yüksək Məhkəməsi ötən gün “WikiLeaks”in yaradıcsını 240 min funt girov müqabilində azadlığa buraxıb. Onun İsveçə ekstradisiya məsələsi müzakirə edilir. Avstraliya vətəndaşı olan 39 yaşlı Culian Assanc İsveçdə seksual cinayətlərdə ittiham olunur.
DOSTLARINLA PAYLAŞ: