WikiLeaksin qurucusu zaminə buraxılmadı
07 Dekabr 2010 Çərşənbə Axşamı 23:40
Culian Assanj dekabrın 14-dək həbsdə saxlanılacaq
ABŞ-a məxsus məxfi sənədləri yayaraq qalmaqal yaradan və həbs edilən "WikiLeaks" internet saytının qurucusu Culian Assanjı Londonun Vestminster rayonunun magistrat məhkəməsi zaminə buraxmaqdan imtina edib. Assanj dekabrın 14-dək həbsdə saxlanılacaq. Qeyd edək ki, 39 yaşlı Assanj iki İsveç vətəndaşını zorlamaqda ittiham edilir. İsveç məhkəməsi onun saxlanılması haqda bir müddət əvvəl qərar çıxarmışdı. Saxlanılan şəxs və onun vəkilləri irəli sürülən ittihamların siyasi həmlə olduğunu düşünür.
Xatırladaq ki, bundan öncə Culian Assanj həbs ediləcəyi təqdirdə gizli materialların kodunu bütün dünyaya yayacağını bildirib. O xəbərdarlıq edib ki, həmin materiallar redaktəsizdir və orada olan məlumatlar bütün dünyanı lərzəyə sala bilər.
DOSTLARINLA PAYLAŞ: