WikiLeaks yeni sızıntısı yoldadır
17 Yanvar 2011 Bazar Ertəsi 16:50
İsveçrəli bankir sayta offşorların sirrini ötürəcək.
İsveçrə banklarından birinin keçmiş meneceri Rudolf Elmer “WikiLeaks” saytına iki min nəfərin və korporasiyanın offşor banklardakı hesabları haqqında məlumatı ötürəcək. R. Elmerin sözlərinə görə, bu sənədlər külli miqdarda vergilərdən yayınmanı sübut edəcək. Kompakt diskə yazılmış informasiyanı o, İsveçrədə bank informasiyalarının oğurlanması ilə bağlı təqsirləndirildiyi məhkəməyə çıxarılmasından iki gün əvvəl ötürəcək.

R. Elmenrin sözlərinə görə, diskdə 40-a yaxın siyasətçinin hesabı haqqında məlumat var.

Xatırladaq ki, R. Elmer 2002-ci ildə bank informasiyalarını oğurlamaqda təqsirli bilinərək İsveçrənin “Julius Baer” bankından qovulub. O, həmçinin beynəlxalq maliyyə institutlarının ciddi tənqidçilərindən biri kimi tanınıb. İsveçrədə onu bank sirləri haqqında qanunvericiliyi pozmaqda və sənədlərin saxtalaşdırılmasında və “Julius Baer” bankının iki əməkdaşına qarşı yazılı olaraq təhdid etməkdə günahlandırırlar.

Bank iddia edir ki, R. Elmer tərəfindən alınan bank sənədlərini saxtalaşdırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar