WikiLeaks Türkiyə Əl-Qaidəni silahlandırıb
26 Noyabr 2010 Cümə 17:20
Qalmaqallı saytda ABŞ-ın kürdlərə yardım etdiyi də bildirilir
Türkiyə İraqda fəaliyyət göstərən “Əl-Qaidə” silahlı qruplaşmasına yardım edib. Bu barədə sənədlər “WikiLeaks” internet saytında yerləşdirilib. Belə ki, Londonda nəşr edilən “Əl-Hayat” qəzeti yazıb ki, sənədlərdə Türkiyənin terror qruplaşması “Əl-Qaidə”yə silah ötürülməsinə icazə verdiyi qeyd edilib.

Həmçinin sənədlərdə yazılıb ki, kürd qiyamçılarına qarşı mübarizə aparan Türkiyə qruplaşmanın İraqdakı terror fəaliyyətinə yardım edib. Məlumatlarda xüsusi olaraq Bağdaddakı körpünün partlayış əməliyyatının Türkiyənin maliyyələşdirdiyi qeyd edilib.

“WikiLeaks” internet səhifəsində yerləşdirdiyi sənədlərə ABŞ-ın fəaliyyətindən də bəhs edilib. Birləşmiş Ştatların PKK-çılara yardım etdiyi barədə məlumatlarda həmçinin amerikalıların öz sənədlərində kürdləri ”azadlıq döyüşçüləri və əsl türklər” adlandırıqları da aşkar edilib. Bundan başqa, amerikalıların kürdləri İraqdakı əsirlikdən də xilas etmələri barədə sənədlər internetdə yerləşdirilib.

Qeyd edək ki, ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Filipp Krouli “WikiLeaks” saytının açıqlamalarının Birləşmiş Ştatların müttəfiqləri ilə münasibətlərinə zərər vurduğunu deyib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar