WikiLeaks:Sudan prezidenti büdcədən 9 mlrd dollar oğurlayıb
18 Dekabr 2010 Şənbə 10:25
Göstərilən məbləğin London banklarında saxlanıldığı bildirilir
Sudan prezidenti Ömər Bəşir dövlət budcəsindən 9 milyard dollar oğurlamaqda şübhəli bilinir. O bu pulları guya xarici banklarda nəzarəti altında olan hesablarına köçürüb. ANS PRESS-in BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə “WikiLeaks”in Amerika diplomatlarının gizli yazışmalarına istinadən açıqladığı materiallarda bildirilir.
Sənədi hazırlayan amerikalı diplomat burada Beynəlxalq Cinayət Məhkəməsi baş prokurorunun sözlərini sitat gətirərək bildirir ki, bu məbləğ London banklarında saxlanılır.
“WikiLeaks” tərəfindən açıqlanan diplomatik yazışma Böyük Britaniyanın “Guardian” qəzetində dərc olunub.
Sudan hakimiyyəti bu informasiyanı rəsmi olaraq təkzib edib.
DOSTLARINLA PAYLAŞ: