WikiLeaks: “Sarkisyan İrana silah satır”
29 Noyabr 2010 Bazar Ertəsi 06:10
Ermənistan mənşəli bu silahların İrandan İraqa keçirilərək Amerika hərbçilərinin ölümünə səbəb olurmuş
“WikiLeaks” saytı növbəti məlumatlarında Ermənistan prezidenti Serj Sarkisyanın İrana silah satdığını iddia edib. Saytda nümayiş olunan sənədlərdə bildirilir ki, bu, Amerikanı narahat edirmiş. ABŞ rəsmiləri Ermənistan mənşəli bu silahların İrandan İraqa keçirilərək Amerika hərbçilərinin ölümünə səbəb olduğunu hesab edir. Sənəddə həmçinin İran “Qırmızı Aypara” cəmiyyətinin bu pərdə altında silah yaydığı və casusluq fəaliyyəti göstərdiyi də iddia edilib.
DOSTLARINLA PAYLAŞ: