Wikileaks rəhbərinin əşyaları hərraca çıxarıldı
17 Sentyabr 2011 Şənbə 14:46
Culian Assanc bu yolla saytın maliyyə vəziyyətini düzəltməyə çalışır.
Qalmaqallı "Wikileaks" saytının yaradıcısı Culian Assanc öz şəxsi əşyalarını internet-hərraca çıxarıb. Assanc bu yolla internet-resursun maliyyə vəziyyətini yaxşılaşdırmağa çalışır. ABŞ-ın məxfi diplomatik sənədlərinin dərc edilməsindən sonra hesablarının bağlanması ilə sayt özünün əsas gəlir mənbəyindən - fərdi bəxşişlərdən məhrum olub.
E-bay internet-hərracında 10 əşya satışa çıxarılıb. Onların arasında Culian Assancın London həbsxanasından özü ilə götürdüyü kofe paketi var ki, onun başlanğıc qiyməti 315 dollardır.
"Wikileaks" komandasının məxfi sənədləri dərc etməyə hazırladığı kompüterin başlanğıc qiyməti isə, nə az-nə çox, 500 min dollardır.
Potensial alıcılara üzərində Culian Assancın avtoqrafı olan şəxsi şəkli də təklif edilir. Özü də 6000 dollara.
Xatırladaq ki, "Wikileaks" saytı ABŞ-ın İraq və Əfqanıstan müharibələrinə dair məxfi sənədləri, daha sonra isə dövlət departamentinin əməkdaşlarının yazışmalarını ictimaiyyətə açıqlamaqla məşhurlaşmışdı. Zorlamada ittiham olunan Culian Assanj isə İsveçə ekstradisiyası ilə bağlı məhkəmə işi ilə əlaqədar hələlik Londonda yaşayır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: