"WikiLeaks" "Qazprom"dan da yan keçmədi
06 Yanvar 2011 Cümə Axşamı 21:40
Yeni materiallarda Rusiya şirkətinin siyasi fəaliyyəti qabardılıb
"Rusiyanın "Qazprom" şirkəti qeyri-effektiv dövlət inhisarçılıq subyektidir. Onun məqsədi iqtisadi deyil, siyasi fəaliyyətdir". Bu barədə Amerika diplomatlarının yazışmalarına istinad edən “WikiLeaks” və onun Almaniyanın “Spiegel” jurnalı yazıb. Yanvarın əvvəllərində yayılan sənədlərdə həmçinin qeyd edilib ki, “Qazprom”un Rusiyanın korrupsiya fəaliyyətinə də cəlb edilməsi də mümkündür.
Diplomatların yazışmalarına görə, “Qazprom”un top menecerləri ilə əlaqə saxlamaq olduca müşkül işdir. Amerikalılar ASC-nin sədr müavini Aleksandr Medvedevlə keçirilən görüşə toxunublar. Belə ki, o, danışıqlar zamanı şirkətlə bağlı məsələlərin əvəzinə Kontinental Hokkey Liqası (KHL) ilə Mili Hokkey Liqası arasında anlaşmanın olmamasından danışıb. Qeyd edək ki, A. Medvedev KHL-in prezidentidir. Elə həmin danışıqlarda Aleksandr Medvedev 2009-cu ilin əvvəllərində yaşanan “qaz müharibəsi”nə görə də Ukraynanı günahlandırıb.
DOSTLARINLA PAYLAŞ: