Wikileaks İraq barədə yeni sənədlər təqdim edəcək
23 Noyabr 2010 Çərşənbə Axşamı 04:15
Yayımlanacaq sənədlərin miqyasına görə əvvəlkilərdən 7 qat çox olduğu vurğulanıb
Daha əvvəl ABŞ-ın Əfqanıstan və İraqda apardığı hərbi əməliyyatlara dair məxfi sənədləri ictimaiyyətə açıqlayaraq gündəmə gəlmiş “Wikileaks” saytı əlində İraq barədə yeni sənədlər olduğunu bəyan edib. Bu barədə məlumat “Wikileaks”in sosial şəbəkə saytı olan “Twitter”dəki səhifəsində yayılıb. Mesajda yayımlanacaq sənədlərin miqyasına görə əvvəlkilərdən 7 qat çox olduğu vurğulanıb. Sənədlərin ictimaiyyətə təqdim olunacağı tarix barədə isə hələlik məlumat verilməyib.

Xatırladaq ki, Culian Assanq 2006-cı ildə yaratdığı “Wikileaks” saytında Amerika hərbçilərinin Əfqanıstan və İraq hərəkatına dair 500 min məxfi sənədi ictimaiyyətə açıqlanmışdı. Bu, dünyada böyük qalmaqala səbəb olmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar