“WikiLeaks”in yaradıcısına həbs qərarı
19 Noyabr 2010 Cümə 01:20
İsveçli prokuror Culian Assanqın istintaqa cəlb edilə bilmədiyini deyib
Yayımladığı məlumatlarla uzun müddət dünyanın gündəmində qalan, ABŞ hərbçilərinin Əfqanıstanda və İraqda törətdiyi cinayətləri ifşa edən sənədləri nümayiş etdirən “WikiLeaks” saytının yaradıcısı Culian Assanqı İsveç məhkəməsi beynəlxalq axtarışa verib. Qeyd edək ki, Assanq məxfilik hüququnu pozmaqda ittiham olunur.

İsveçli prokuror, avqust ayında meydana gəldiyi iddia olunan hadisədən sonra Culian Assanqın istintaqa cəlb edilə bilmədiyini deyib.

Barəsində irəli sürülən iddiaları qəbul etməyən 39 yaşlı Assanq isə onu susdurmağa çalışdıqlarını bildirib. Müəyyən bir daimi yaşayış ünvanı olmayan Assanq indilik ölkədən ölkəyə keçərək ona dəstək verənlərin yanında gizlənir.

Xatırladaq ki, Culian Assanq 2006-cı ildə yaratdığı “WikiLeaks” saytında Amerika hərbçilərinin Əfqanıstan və İraq hərəkatına dair 500 min məxfi sənədi ictimaiyyətə açıqlayaraq böyük qalmaqala səbəb olmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar