Wikileaks agenti cinsini deyişmek isteyir
22 Avqust 2013 Cümə Axşamı 20:07
ABŞ ordusunun sıravisi Bredli Menninq inden bele onu Çelsi Menninq adlandırmağı teleb edib.
Casusluğa və sənət oğurluğuna görə 35 il həbs almış ABŞ ordusunun sıravisi Bredli Menninq həyatının qalan hissəsini qadın kimi keçirmək istəyir.
ANS PRESS Amerika mətbuatına istinadən bildirir ki, o, həmçinin adının Çelsi Menninqə dəyişdirilməsini tələb edib. Menninqin ərazisi bu gün “NBS” telekanalının “Today” proqramında açıqlanıb. Kəşfiyyat materiallarının təhlili üzrə ixtisaslaşmış Menninq ABŞ və Böyük Britaniya vətəndaşdır. O, 2010-cu ilin sonlarında Bağdad ətrafında tutulub. O, vacib dövlət sənədlərinin oğurlanaraq düşmənə verilməsi ilə bağlı ittiham edilir.
Menninq etiraf edib ki, minlərlə məxfi sənədi, o cümlədən Amerika diplomatlarının yazışmalarını “Wikileaks”ə verib.
DOSTLARINLA PAYLAŞ: