WikiLeaks 1 milyon avro qazanıb
25 Dekabr 2010 Şənbə 11:15
Bu məbləğ 2010-cu ildə fiziki şəxslərin ianələri hesabına toplanıb
Amerikalı diplomatların Vaşinqtonla məxfi yazışmalarını dərc etməklə diqqət mərkəzinə düşən “WikiLeaks” internet resursu 2010-cu ildə 1 milyon avro qazanıb. Bu barədə saytın hesablarını idarə edən Almaniyanın “Wau Holland Foundation” fondunun nümayəndələri məlumat verib.
Məlumata görə, bütün vəsaitlər dünyanın müxtəlif ölkələrindən olan könüllü fiziki şəxslərin ianələri hesabına toplanıb. Belə ki, bu il ərzində “WikiLeaks”in ümumi xərcləri 380 min avro olub. Amma bir sıra hesablar hələ də ödənilməmiş qalmaqdadır.
Fond nümayəndələri bildiriblər ki, şirkətin xərclərini əsasən kompüter avadanlıqlarının alınması, internet ödənişləri və əməkdaşların ezamiyyətə göndərilməsi təşkil edib.
DOSTLARINLA PAYLAŞ: