Vuvuzela adlı körpə
10 İyul 2010 Şənbə 10:45
Uruqvaylı cütlük yeni doğulan övladlarına Vuvuzela adı veriblər.
Uruqvayda yaşayan ailə yeni doğulan körpələrinin adını Vuvuzela qoymağa qərar veriblər. Onlar bunun üçün müvafiq qurumlara da müraciət ediblər. Ər-arvad yeni doğulmuş qızlarını Mariya Vuvuzela adlandırmaq arzusundadır.
Ancaq çılğın cütlüyün arzusunun çin çıxacağı hələ ki, məlum deyil. Belə ki, Uruqvay qanunlarına əsasən bu ölkədə yeni doğulan uşaqlara ekstravaqant, gülünc və mənasız adlar qoymaq qadağandır. Buna baxmayaraq bu ailənin digər övladları Viktoriya Seleste və Mariya Seleste adlanır. “Seleste” futbol üzrə Uruqvay yığma komandasının ləqəbidr.
Xatırladaq ki, vuvuzela Cənubi Afrika Respublikasında keçirilən futbol üzrə Dünya çempionatının rəmzi sayılır. Azarkeşlər stadionda komandalarına dəstək olmaq üçün bu aləti kütləvi şəkildə ifa edirlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: