Volqoqradda Bakı Parkı salınır. Parkın salınmasına qarşı fikirler seslense de iş dayandırılmayıb.
Fotoreportaj Budur, artıq Volqaların sahilində tarixi mədəniyyət və istirahət guşəsi olan Mərkəzi parkın yerində bir neçə aydır ki, ictimai obyektin tikintisi gedir.
Belə ki, qubernator Bojenovun başçılığı ilə vilayət administrasiyası nümayəndə heyətinin Xəzəryanı ölkələr arasında sərhəd əməkdaşlığı sammitində iştirak etməsindən sonra region rəhbərliyi Mərkəzi parkın yenidən inşa olunması haqqında qərar çıxarıb.
Uzun müdədir tikinti işlərinin aparılmasına baxmayaraq, artıq indi aydın olur ki, hazırda şəhər administrasiyasında Volqoqradda “Bakı Parkı” nın qurulması haqqında heç bir icazə sənədi yoxdur. Bu faktlar vilayət prokurorluğunun yoxlaması zamanı aşkar edilib.
Qeyd edək ki, hələ 24 iyulda Rusiya Mədəniyyət Nazirliyinin Alt-Volqa İdarəsinin göstərişi ilə tikinti işləri dərhal dayandırılmalı idi. Lakin fotolardan da göründüyü kimi inşa prosesi daha da qızğın dövrünə qədəm qoyub və parkın obyektlərinin fəaliyyəti yüksəldilir.
Yerli KİV-lər və vətəndaş cəmiyyəti fəalları bildirir ki, Rusiyanın Mədəniyyət Nazirliyi Azərbaycanın Bakı şəhərinə aid olan milli elementlərin “Mərkəzi park”ın ərazisində yerləşdirilməsinin yolverilməzliyini yerli məmurların diqqətinə çatdırır. Mədəniyyət nazirliyinin nümayəndələri öz mövqelərini onunla əsaslandırırlar ki, qəhrəman şəhərdə bu tikilini yaratmaqda əsas məqsəd tarixi arxitektura xüsusiyyətlərinin özündə ehtiva edən Stalinqrad döyüşünün böyüklüyünü vurğulamaq olmalıdır.
Amma məlum olur ki, hətta prokurorluğun və nazirliyin xəbərdarlığına baxmayaraq yerli məmurlar tikintini dayandırmağı və layihəni sonlandırmağı düşünmürlər.