Volqa çayında gəmi batıb
10 İyul 2011 Bazar 20:54
Volqa çayında gəmi batıb. Hazırda “Bulqariya”nın sərnişinlərinin xilas edilməsi üzrə iş gedir.
Bu gün Rusiyanın Volqa çayında gəmi batıb. ANS PRESS-in “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, “Bulqariya” gəmisi bu saat 13:58 radələrində çayın Tatarıstan Muxtar Respublikası ərazilərindən keçən hissəsində sulara qərq olub.
İlkin məlumatlara görə, gəmidə 182 nəfər adam olub. Onlardan artıq 84 nəfərini xilas etmək mümkün olub. 2 nəfər sərnişin suda batması ilə bağlı məlumtlar yayılıb. Bu hələki dəqiq məlumat deyil.
Xilkas olunanlar ilkin olaraq Tatarıstanın Kansko-Ustinsk rayonunun Syukeyevo kəndindəki bir məktəbdə yaradılmış xilasetmə ştabında yerləşdiriblər. Oradan isə onlar paytaxt Kazandakı xəstəxanalara göndərilirlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: