Vladivostokda dəniz paradının məşqi zamanı gəmidən atılan mərmi yaşayış evlərindən birinin yanına düşüb. ANS PRESS-in “Novosti-Georgia”ya istinadən verdiyi xəbərə görə, bu hadisə Hərbi Dəniz Donanması Gününə hazırlıq məşqləri çərçivəsində nümayiş atışları zamanı baş verib.
Ölkənin güc strukturlarından verilən məlumata görə, insident nəticəsində zərərçəkən olmayıb.
Xatırladaq ki, bunadək Leninqrad hərbi-dəniz bazasına məxsus gəmilərdən biri də həyata keçirilən təlimlər zamanı yolda hərəkət edən avtomobilə təsadüfən atəş açmışdı. /ANS PRESS/