Vladiqafqazdakı partlayışda yaralananların sayı 55-ə çatıb
26 İyun 2011 Bazar 00:23
Yaralılar arasında vəziyyəti olduqca ağır olanlar da var.
Rusiyanın Vladiqafqaz şəhərində fərdi evin həyətində toy zamanı baş verən partlayış nəticəsində yaralananların sayı 55 nəfərə çatıb. Onlardan 20-nin vəziyyəti ağırdır. İlkin məlumatlara görə, partlayışa qaz balonunun istidən partlaması səbəb olub.

İlk xəsarət alanlar Vladiqafqazdakı təcici yardım xəstəxanasına yerləşdiriliblər. “Yaralılar əsasən yanıq xəsarətləri alıblar. Bəziləri şok vəziyyətindədirlər”, - Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiyadakı idarəsinin mətbuat katibi Yuliya Starçenko bildirib.

Xəstəxananın nümayəndəsi ilə bildirib ki, yaralılar arasında çox ağır vəziyyətdə olanlar var.

Yaralılardan bəziləri Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi ilə Moskvaya aparılacaq.

Qeyd edək ki, Şimali Osetiyada toylarda adətən 400-500 nəfər iştirak edir. Partlayışın baş verdiyi toyda nə qədər adamın olduğu isə məlum deyil. Çünki hadisə zamanı qonaqların bir hissəsi gəlini gətirməyə gedibmiş. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar