Vladimir Voronin parlamenti buraxacaq
12 İyun 2009 Cümə 23:35
Moldova Konstitusiya Məhkəməsi prezidentin parlamenti buraxmasına icazə verib

 

Moldova Konstitusiya Məhkəməsi ölkə prezidenti Vladimir Voroninin parlamenti buraxmasına razılıq verib. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, həmçinin parlamentin spikeri olan Voronin parlamenti buraxmalı və növbədənkənar seçkilərin vaxtını təyin etməlidir.

Xatırladaq ki, Moldova parlamenti iki dəfə ölkənin yeni prezidentini seçə bilməyib. Kommunistlər tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Zinaida Qreçannayanın qələbə qazanması üçün bir səs çatışmayıb.

Müxalifət iki dəfə seçkiləri boykot edib. /ANS PRESS/




 



DOSTLARINLA PAYLAŞ:

oyunlar