Vladimir Rıjkov hücuma meruz qaldı
30 Sentyabr 2013 Bazar Ertəsi 02:59
Rusiyanın tanınmış siyasətçisi Vladimir Rıjkov naməlum şəxslər tərəfindən döyülüb.
Rusiyanın müxalifətçi "RPR-PARNAS" partiyasının həmsədri Vladimir Rıjkov naməlum şəxslərin hücumuna məruz qalıb.
ANS PRESS-in Vesti.ru-ya istinadla verdiyi xəbərə görə, bu barədə özünün Twitter səhifəsindən məlumat verən V.Rıjkov bildirib ki, iki nəfər gənc adam Moskvanın mərkəzində ona yaxınlaşaraq, yumruq və təpiklərlə zərbələr vurmağa başlayıblar.
Müxalifətçi lider qeyd edib ki, özünü təqdim etmək istəsə də, gənclər onu vurmaqda davam ediblər: "Onlar mənə danışmağa imkan vermədilər. Amma şükür ki, məni çox döymədilər".
Ancaq az sonra partiya açıqlama yayaraq baş verən hadisəni təkzib edib. Partiyanın icraçı direktoru Olqa Şorin bildirib ki, Rıjkovun heç vaxt Twitter-də hesabı olmayıb. O, həmsədrin döyülməsi ilə bağlı yayılan məlumatların yalan olduğunu deyib: "Sosial şəbəkədə onun adından yayılan bu informasiya saxtadır".
Qeyd edək ki, Vladimir Rıjkov Rusiyanın tanınmış siyasətçilərindəndir, O, 2006-cı ildən "Rusiya Respublika partiyası — xalq azadlığının Partiyasıdır" adlı siyasi partiyanın həmsədridir.
DOSTLARINLA PAYLAŞ: