Vladimir Putinin prezidentliyə namizədlik sənədləri MSK-ya təqdim olunub
15 Dekabr 2011 Cümə Axşamı 00:17
Onun namizədliyinin qeydə alınması ilə bağlı qərar on gün ərzində verilməlidir.
Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası baş nazir, “Yedinaya Rossiya” partiyasının prezidentliyə namizədi Vladimir Putinin sənədlərini qəbul edib. Bu barədə məlumatı “Yedinaya Rossiya” partiyasının internet saytı Nina Kulyasovaya istinadən yayıb. “Seçki qanunvericiliyinə görə, MSK namizədin qeydə alınması məsələsinə baxacaq”, - MSK üzvü bildirib.

Rusiyanın seçki qanunvericiliyinə görə, MSK-nın namizədliyin qeydiyyatı ilə bağlı qərar qəbul etmək üçün on gün vaxtı var. Beləliklə, Vladimir Putinin namizədliyi dekabrın 24-dən gec olmadan ya qeydə alınmalı, ya da bundan imtina edilməlidir.

Vladimir Putinin ali dövlət vəzifəsinə namizədliyi noyabrın 27-də “Yedinaya Rossiya” partiyasının qurultayında irəli sürülüb.

Rusiya prezident seçkiləri gələn il martın 4-də keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar