Abxaziyada işgüzar səfərdə olan Rusiyanın baş naziri Vladimir Putin BMT və ATƏT kimi beynəlxalq təşkilatların nümayəndələrinin Abxaziyada mövcudluğu üçün şərtlər irəli sürüb. O, bu qurumların sözügedən respublikanın suverenliyini tanıyacağı təqdirdə, məsələnin müsbət həllinin mümkünlüyünə işarə edib. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Putin vurğulayıb ki, istər Abxaziya, istər Rusiya BMT və ya ATƏT-in, o cümlədən digər təşkilatların müşahidəçilərinin burada olmasına qarşı deyil.
"Lakin hamı reallıqdan çıxış etməlidir. Abxaziya ilə müvafiq sazişlər imzalamaq və onun suverenliyini tanımaq lazımdır", - deyə Putin qondarma Abxaziya pespublikasının prezidenti Sergey Baqapşla keçirilən birgə mətbuat konfransında bildirib. /ANS PRESS/