Vladimir Putin Ukraynadan danışır
04 Mart 2014 Çərşənbə Axşamı 15:08
Rusiya prezidenti Vladimir Putin: Ukraynada hazırda hakimiyyətin kimin əlində olmasından asılı olmayaraq bir prezidenti var - bu, Viktor Yanukoviçdir.
Bu dəqiqələrdə Rusiya prezidenti Vladimir Putin Moskvadakı iqamətgahında Ukraynadakı vəziyyətlə bağlı mətbuat konfransı keçirir. Putin mətbuat konfransını Ukraynada hakimiyyətin kimə məxsus olması barədə danışmaqla başlayıb. "Ukraynada hazırda hakimiyyətin kimin əlində olmasından asılı olmayaraq, hüquqi cəhətdən, Konstitusiyaya əsasən, Ukraynanın bir prezidenti var - bu, Viktor Yanukoviçdir".

Vladimir Putin Rusiya hərbçilərinin Krıma yeridilməsinə münasibət bildirərkən isə Ukraynanın hansı bölgəsində yaşamasından və hansı dildə danışmasından asılı olmayaraq, hər bir ukraynalının eyni hüquqlara malik olduğunu vurğulayıb. O, hazırda müvəqqəti hökuməti formalaşdıran Ukrayna müxalifətinin demokratiya anlayışının fərqli olduğunu, etirazlar zamanı təhlükəsizlik qüvvələrinə aiddiyyatı olmayan şəxslərin amansızlıqla qətlə yetirilməsi faktlarının olduğunu bildirib.

Putin ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə də münasibət bildirib. "Bəzi Qərb müttəfiqlərimiz, xüsusən də Birləşmiş Ştatlar özünəməxsus geosiyasi maraqlara malikdir və onun bu maraqlarına cavab vermədikdə, öz istədiyi kimi təzyiqlər göstərməyə başlayır. Əgər mən Ukraynaya hərbi müdaxiləyə əmr verərsəm, bu qərar legitim olacaq" - Vladimir Putin belə deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar