Vladimir Putin Türkiyəyə başsağlığı verdi
14 May 2014 Çərşənbə 16:46
Rusiya prezidneti Vladimir Putin Türkiyənin Manisa şəhərində Soma bölgəsində baş verən mədən qəzası ilə əlaqədar başsağlığı verib.
Rusiya prezidneti Vladimir Putin Türkiyənin Manisa şəhərində Soma bölgəsində baş verən mədən qəzası ilə əlaqədar türkiyəli həmkarı Abdullah Gülə və baş nazir Rəcəb tayyib Ərdoğana başsağlığı verib. ANS PRESS-in Kremlin saytına istinadla verdiyi məlumata görə, Rusiya dövlət başçısı ölənlərin yaxınlarına səbr diləyib.
Putin xəsarət alanların tezliklə sağalmasını arzulayıb.
Qeyd edək ki, ötən gün günorta saatlarında Somadakı mədəndə transfarmator partlayıb. Hadisə növbə dəyişikliyi zamanı baş verib. Nəticədə yüzlərlə insan yerin altında qalıb. Ən son məlumata görə, hadisə nəticəsində 235 nəfər ölüb. Onlarla insan yaralanıb.
DOSTLARINLA PAYLAŞ: