Vladimir Putin Permə səfər edib
08 Dekabr 2009 Çərşənbə Axşamı 01:35
Vladimir Putin şəhər rəhbərliyi ilə müşavirə keçirəcək.
Rusiyanın baş naziri ötən axşam Permə səfər edib. Hökumət başçısının şəhər rəhbərliyi ilə Permdəki klub-restoranda dekabrın 5-nə keçən gecə baş vermiş partlayışda zərər çəkənlərə yardım göstərilməsi məsələləri ilə bağlı müşavirə keçirəcəyi gözlənilir. Müşavirədə Rusiyanın fövqəladə hallar naziri Sercey Şoyqu da iştirak edəcək.
Vladimir Putin Permə səfərinə partlayışın baş verdiyi “Xromaya loşad” klubu qarşısına güd dəstəsi qoymaqla başlayıb.
Xatırladaq ki, Permdəki “Xromaya loşad” klub-restoranında baş vermiş partlayış nəticəsində 113 nəfər ölüb, 120-dən artıq adam xəsarət alıb. Ötən gün Rusiyada faciə ilə bağlı matəm günü idi. Perm diyarında isə matəm üç gün davam edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: