Vladimir Putin onları barışdıracaq
09 Avqust 2014 Şənbə 23:50
Sabah Rusiya prezidenti iki Cənubi Qafqaz respublikasının başçılarını qəbul edir.
Sabah Rusiya prezidenti iki Cənubi Qafqaz respublikasının başçılarını qəbul edir. Vladimir Putin Təhlükəsizlik şurasının katibi Nikolay Patruşevin iştirakı ilə təhlükəsizlik şurasının daimi üzvləri ilə operativ müşavirə keçirib.
ANS PRESS-in məlumatına görə, iclasda Daxili İşlər Nazirliyinin başçısı Vladimir Kolokolçev, Fövqəladə Hallar naziri Vladimir Puçkov, müdafiə naziri Sergey Şoyqu və Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov iştirak edib.
Müşavirədə Ukraynanın şərqində baş verən vəziyyət müzakirə edilib. Bu haqda informasiyanı Prezidentin mətbuat katibi Dmitri Peskov yayıb.
Bundan başqa Rusiyanın iqtisadi təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunub.
Sabah Putin Soçidə öz iqamətgahında Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanla ikitərəfli görüş keçirəcək.
Rusiya çoxdandır ki, iki ölkə arasında vasitəçilik edir. Bu ölkələr arasında artıq ikinci on ildir ki, münasibətlər çox gərgin olaraq qalır. Ermənistan və Azərbaycan arasında dialoq birbaşa praktik olaraq yoxdur və Qarabağ münaqişəsi istənilən vaxt isti mərhələyə keçə bilər. İndi sərhəddə atəşin dayandırılması rejimi daim pozulur, hər iki tərəfdən hərbçilər məhv olur.
Putin opponentləri inandırmağa çalışacaq ki, ən azı, yeni böyük müharibəyə qədər iş gedib çatmasın. Eyni gündə Əliyev və Sarkisyanın Soçiyə gəlməsi yaxşı nişanədir. Və hərçənd görüşün hələlik üçtərəfli formatı nəzərdə tutulmayıb, deməli hər şey dəyişə bilər.
Şənbə günü axşam Rusiya prezidenti Soçi sahilində xüsusi platformada keçən "PLOTFORMA S-70-in" döyüş sambosu üzrə illik beynəlxalq yarışa baş çəkəcək. Və bu həmçinin Azərbaycan və Ermənistan başçılarını danışıqlar stolu üçün heç olmasa yaxın oturtmaq üsullarından biri ola bilər. Məsələn, bir il əvvəl Vladimir Putin Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə birlikdə yarışa gəldi. Niyə bu dəfə Əliyevə və Sarkisyan ona kompaniya təşkil etməsin?
DOSTLARINLA PAYLAŞ: