Vladimir Putin müntəzəm olaraq cüdo ilə məşğul olur
03 Avqust 2012 Cümə 14:00
Rusiya prezidenti Vladimir Putin müntəzəm olaraq cüdo ilə məşğul olur.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya prezindetinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov “Avtoradio”nun efirində bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti tatami üzərinə təlim rəqibi ilə birgə çıxır: “Vladimir Putin hər gün cüdo ilə məşğul olmur, çünki vaxt yoxdur. Lakin o, müntəzəm olaraq bununla məşğul olur”.

Qeyd edək ki, Rusiya prezidenti uşaqlıqdan cüdo ilə məşğul olub. Cüdo üzrə idman ustası olan V. Putin bu idman növünün Rusiyada inkişafı üçün çox işlər görüb. O, 2008-ci ildə çap olunan “Vladimir Putinlə cüdonu öyrənək” kitabının müəlliflərindən biridir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar