Vladimir Putin mahnı oxudu
11 Dekabr 2010 Şənbə 01:40
Rusiyanın hökumət başçısı xeyriyyə konsertində royalda da ifa edib
Rusiya Federasiyasının baş naziri Vladimir Putin Sankt-Peterburqdakı xeyriyyə konsertində pioninoda ifa edib və ingilis dilində mahnı oxuyub. Konsert uşaqlar arasında onkoloji və oftalmoloji xəstəliklərə qarşı mübarizəyə həsr edilib.

Caz kollektivinin çıxışından sonra konsertin aparıcısı Vladimir Putindən çıxışlardan razı qalıb-qalmadığını soruşub. “Bəli, çox” cavabını verən baş nazirdən nəsə ifa edə bilib-bilmədiyi də soruşulub. Suala “Ələ salırsınız?” sualı ilə cavab verən Vladimir Putinə xatırladılıb ki, vaxtilə ABŞ-da ifşa edilmiş rusiyalı kəşfiyyatçılarla mahnı oxuyub. Vladimir Putin deyib ki, o vaxt mahnı ürəkdən gəlibmiş.

Bununla belə, aparıcı baş nazirin nəsə ifa etməsində israrından əl çəkməyib. “Mən normal insan kimi nə oxuya, nə oynaya bilirəm. Amma bunu etməyi çox sevirəm”-deyə Vladimir Putin bildirib. Sonra o mikrofonu götürüb və ingilis dilində mahnı oxuyub. Daha sonra Rusiyanın hökumət başçısı royal arxasına keçib.

Zaldakılar baş nazirin çıxışını ayaq üçtündə alqışlayıblar. Vladimir Putin çıxışını yüksək qiymətləndirən tamaşaçılara minnətdarlığını bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar