Vladimir Putin Krım ilə bağlı yeni əmr verdi
28 Mart 2014 Cümə 15:04
Vladimir Putin Krım hərbi hissələrində olan hərbi texnikanın bir hissəsini Ukraynaya verilməsilə bağlı əmr verib.
ANS PRESS-in məlumatına görə, Rusiya müdafiə naziri Sergey Şoyqu prezidentə məlumat verib ki, Ukrayna ordusunun bölmələri Krımdan çıxıb.

Serqey Şoyqu həmçinin ikili vətəndaşlıq üçün məsuliyyət haqqında da danışıb. O eyni zamanda bildirib ki, bütün gəmilərdə və Rusiya ordusunun tərəfinə keçmiş bütün bölmələrdə dövlət atributlarının dəyişdirilməsi başa çatıb.

Daha sonra o, Krımda olan Ukrayna hərbi texnikasının rəsmi Kiyevə qaytarılmasını Putindən xahiş edib. Sergey Şoyqu qeyd edib ki, Vladimir Putin razıdır və əmr verib ki, tapşırıq icra edilsin.


DOSTLARINLA PAYLAŞ:

oyunlar