Vladimir Putin Krım haqqında qanunu imzaladı
21 Mart 2014 Cümə 16:36
Krım və Sevastopolun Rusiyaya birləşməsi haqqında razılığın ratifikasiyası haqqında əmrlə 2015-ci il yanvarın 1-dək keçid dövrü olub.
Rusiya prezidenti Vladimir Putin Krım və Sevastopolun Rusiyaya birləşməsi haqqında razılığın ratifikasiya edilməsi, onların Rusiyanın tərkibinə daxil olması proseduru barədə əmr imzalayıb.
Sənədlərim imzalanması Kremlin Yekatrinburq zalında Federasiya Şurası və Dövlət Dumasından dəvət edilən deputatların müşayiəti ilə həyata keçirilib.

Kremlə Federasiya Şurası və Dövlət Dumasının spikerləri Valentina Matvienko, Sergey Narışkin, eləcə də onların müavinləri, Dumadakı fraksiya liderləri dəvət ediliblər.

Qeyd edək ki, Krımda mart ayının 16-da referendum keçirilib. Referenduma qatılanların 96 faizindən çoxu Rusiyanın tərkibinə qatılmaq barədə sualı müsbət cavablandırıb. Mart 18-də isə müvafiq razılaşma imzalanıb.

Yenilikdən sonra Rusiya regionlarının sayı 83-dən 85-ə çatır. 2015-ci ilin yanvar ayının 1-dək keçid dövrü elan edilir. Bu zaman kəsiyində Krım və Sevastopolun iqtisadi, maliyyə, kredit və hüquq sisteminin Rusiya sisteminə inteqrasiya məsələləri həll ediləcək.

Krımda dövlət dili rus, ukrayn və krım-tatar dili olacaq. Krımın Ukrayna ilə sərhəddi Rusiya sərhəddinə çevrilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar