Vladimir Putin iş və istirahət günlərinin yerini dəyişdirdi
28 Fevral 2011 Bazar Ertəsi 01:26
Vladimir Putin iş və istirahət günlərinin yerini dəyişdirdi. Ruslar Beynəlxaq qadınlar gününü üç gün bayram edəcəklər.
Rusiya vətəndaşlı bu həftə altı gün işləyəcəklər. Amma bunun əvəzində onları üç günlük istirahət gözləyir. Rusiyanın baş naziri Vladimir Putin istiraht günlərinin yerinin dəyişdirilməsi ilə bağlı qərar verib. İstirahət və bayram günlərindən daha səmərəli istifadə məqsədilə hökumət martın 5-i istirahət günü ilə martın 7-si iş günlərinin yerini dəyişdirib. Çünki 8 mart - Beynəlxalq qadınlar günü həftənin ikinci gününə düşür. Beləliklə Rusiya vətəndaşları martın 7-si, 8-i və 9-unda istirahət edəcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar