Vladimir Putin həm hirslidir həm də təmkinli
07 Avqust 2014 Cümə Axşamı 03:53
Kremlin rəsmi saytında dərc olunan sərəncamda Prezident Vladimir Putin bu ölçülərin bir illik tətbiq olunması barədə göstəriş verib.
ANS PRESS-in məlumatına görə,hökumət departamentlərinə göstəriş verilib ki, bu sərəncama aid ediləcək məhsulların siyahısı tərtib olunsun.

Rusiya bundan əvvəl də digər dövlətlərdən idxalı qadağan edib, amma adətən səbəb olaraq ictimai sağlamlıq gətirilir.

Çərşənbə günü verilən sərəncamın hansı ölkələrə şamil olunacağı bildirilmir, amma bu yaxınlarda ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Rusiyanın Aİ-dən idxal etdiyi meyvə və tərəvəzlərin illik məbləği 2 milyard avrodur.

Ötən həftə Rusiya bu məhsulların Polşadan idxal olunmasına qadağa qoyanda səbəb olaraq ictimai sağlamlıq gətirilmişdi. Amma bu qərar daha çox Polşanın Ukrayna üzrə qərbi dəstəkləməsinə "cəza" kimi qiymətləndirilib.

Mart ayında Krımı ilhaq edəndən sonra sanksiyalara məruz qalan Rusiya şərqi Ukraynada silahlı üsyanı dəstəkləməkdə ittiham olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar