Vladimir Putin canlı yayımda zarafat etdi
17 Aprel 2014 Cümə Axşamı 16:55
Rusiyalıların suallarına cavab verən Rusiya prezidenti Vladimir Putin canlı yayımada özü barədə lətifə danışıb.
ANS PRESS-in məlumatına görə, Ukrayndakı vəziyyət və Krımın ilhaqından danışan Rusiya prezidenti etiraf edib ki, Krımda özünü müdafiə dəstələrinin arxasında Rusiya hərbçiləri dayanıblar.
Söhbət zamanı bir pensiyaçı qadın Putinə tövsiyyə edib ki, Krımdan sonra mütləq XIX əsrə qədər Rusiya imperiyasına məxsus olmuş Alyaskanı Rusiya birləşdirmək lazımdır. Putin isə ona zarafatla cavab verib:
- Faina İvanovna, Alyaska nəyinizə lazımdır? Biz şimal ölkəsiyik - ərazilərimizin 70%-i Şimal rayonlarına və Uzaq Şimal rayonlarına aiddir. Məgər Alyaska cənub yarımkürəsində yerləşir? Orada da soyuqdur. Gəlin ürəyimizə salmayaq. Orda da "soyuğa" görə pul vermək lazımdır, gərək büdcə xərclərini hesablayaq, - deyə Putin zarafat edib.
O, eyni zamanda etiraf edib ki, Alyaskaya zarafatla verilmiş populyar "ays-Krım" adından da xəbərdardır.
DOSTLARINLA PAYLAŞ: