Vladimir Kazimirov: Dağlıq Qarabağ münaqişəsi tərəfləri güzəştə getməyə hazır deyillər
17 İyul 2012 Çərşənbə Axşamı 12:19
Rusiyalı diplomat Vladimir Kazimirov “Krasnaya zvezda” qəzetinə müsahibə verib.
Dağlıq Qarabağ münaqişəsinin tərəfləri hazırda güzəştə getməyə hazır deyillər. Bunu ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə bu qurumda ilk rusiyalı vasitəçi, sabiq diplomat Vladimir Kazimirov Rusiyanın “Krasnaya zvezda” qəzetinə müsahibəsində bildirib. Diplomat münaqişə ilə bağlı bir sıra təhlillər edib:

-Bu ilin əvvəlindən Dağlıq Qarabağla bağlı görüş və danışıqlar hələlik hiss ediləcək nəticələr gətirməyib. Uzadılmış Azərbaycan-erməni qarşıdurmasını nə ilə əlaqələndirirsiniz?

-Qarabağ münaqişəsi- SSRİ dağılan illərdə ən birinci və daha sərtləşdirilmiş problemlərdən biridir. Regionda vəziyyət Bakıdan İrəvana kimi uzun müddət ərzində kifayət qədər ziddiyətli olaraq qalır.

-Azərbaycan, eləcə də Ermənistan rəhbərliyinin son bəyanatları regionda artan gərginlikdən xəbər verir. Hərbi ritorikanın aktivləşməsi nə ilə bağlıdır?

-Son vaxtlar hərbi ritorikanın əhəmiyyətli dərəcədə artması münaqişə tərəflərinin təmas xətlərindəki insidentlərlə bağlıdır. Həmsədlərin münaqişənin həlli ilə bağlı vasitə tapmırlar və ya tərəflərin bu hərəkətlərini qiymətləndirməkdən “çəkinirlər” və faktiki olaraq geri çəkilirlər.

-Tərəflərin mövqelərində hələlik nəzərə çarpacaq yaxınlığın olmadığını nəzərə alaraq, mövcud danışıqlar formatının dəyişdirməklə daha konstrutiv dialoq aparmaq mümkündürmü?

-Məsələ nə danışıqların formatı, nə də vasitəçilərdədir. Hazırkı çətin vəziyyət münaqişə tərəflərinin özlərinə aiddir.

-Münaqişənin həlli üçün hansı addımlar atılmalıdır?

-İnanıram ki, qısa yolla güc tətbiq edilməməsi ilə bağlı razılaşma əldə olunmalıdır. Bu, sərt beynəlxalq təminat sayəsində ermənilərin tutduqları əraziləri tərk etmələrinə yol açardı. Münaqişənin həlli üçün birmənalı olaraq tərəflərin kim nə istədiyini deyil, məsələyə kompleks yanaşma tələb edir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar