Vladimir Jirinovski maraqlı təkliflə çıxışetdi
24 Fevral 2013 Bazar 15:31
LDP sədri Vladimir Jirinovski : Gəlin Rusiya şəhərlərindəki "Əbədi məşəlləri" söndürək.
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski maraqlı təkliflə çıxış edib. ANS PRESS-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, partiya sədri Rusiya şəhərlərində "Əbədi məşəllər"in söndürülməsini təklif edib.
O, bu addımla 23 fevral tarixində Həştərxandakı hadisənin təkrarlanmaması üçün gənclərin təhriikinin qarşısının alınacağını hesab edir. "Səhər gəlib əklil qoyub, abidəni təmizləyəcəklər, gecə isə gəlib həmin məşəli söndürəcəklər. Yaxşısı budur gəlin məşəlləri yığışdıraq ki, bu biabırçılıq bir də baş verməsin. Gəlin onları bu hərəkətə təhrik etməyək".
Xatırladaqki, fevralın 23-də 5 nəfər gənc Həştərxandakı Böyük Vətən müharibəsi şərəfinə salınmış "Əbədi məşəli" söndürərək onun fonunda şəkil çəkdirmişdilər.
DOSTLARINLA PAYLAŞ: